Gəncə Dövlət Aqrar Kollecinin Direktoru
"Əziz tələbələr və abituriyentlər!
Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən
kollecimiz müasir aqrar təhsil ənənələrini innovativ yanaşmalarla
birləşdirərək ölkənin əmək bazarının tələblərinə cavab verən, yüksək
peşəkarlığa və praktik bacarıqlara malik orta ixtisas təhsili olan
mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoymuşdur. Təhsil
prosesində nəzəri biliklə yanaşı, praktiki hazırlıq, müasir texnologiyalar,
istehsalat təcrübəsi və şəxsiyyətin hərtərəfli inkişafı əsas prioritetlərimizdir.
Biz gənclərin potensialına inanır, onların peşəkar, məsuliyyətli və
təşəbbüskar mütəxəssis kimi formalaşması üçün müasir və əlverişli təhsil
mühiti yaradırıq. Əminik ki, kollecdə qazanacağınız bilik və bacarıqlar
gələcək uğurlarınızın möhkəm təməlini təşkil edəcəkdir.
Sizi Gəncə Dövlət Aqrar Kollecinin akademik ailəsinə qoşulmağa dəvət
edir, hər birinizə uğurlu təhsil, davamlı inkişaf və parlaq gələcək
arzulayıram."